Asanlıqla seç, ödə və 5 dəqiqədə təhvil al
Axtarış, bron, ödəniş, təhvil və yazışma — ofisə getmədən, bir tətbiqdən.
1. Asanlıqla seç
Şəhər üzrə sənədi yoxlanılmış maşınlar arasından istədiyini saniyələr içində tap.
2. Şəffaf və güvənli ödə
Gizli komissiya yoxdur. Qiymət və şərtlər öncədən görünür, kartla təhlükəsiz ödə.
3. 5 dəqiqədə təhvil al
Ofis növbəsi və kağız yoxdur. Tətbiqdən rəqəmsal foto-aktla təhvil al və yola çıx.
Maşın seçimindən qaytarmaya qədər — bir neçə dəqiqədə.
Niyə Carent
Maşın kirayələyəndə hamının qorxduğu şeylər var: maşının vədə uyğun çıxmaması, depozitin geri alınmaması, qaytaranda ortaya atılan zədə iddiası və sonradan çıxan əlavə ödənişlər. Aşağıda bunların hər birinin Carent-də necə həll olunduğu yazılıb.
Bu sistem bir-birimizi qorumaqla işləyir
Səfər bitəndə maşın sahibi haqqında rəy yazırsan — növbəti kirayəçi məhz sənin yazdığını oxuyacaq. Maşın sahibi də sənin haqqında yazır və bu, sonrakı kirayələrdə sənə etibar qazandırır.
Rəyini yazmağı unutma. Səndən əvvəlkilər yazdığı üçün sən indi kimə etibar edəcəyini bilirsən.

