Carent zəmanəti ilə rent a car
Tanımadığın şəxsdən və ya rent a car şirkətindən maşın götürmək narahatlıq yaradır — bilirik. Ona görə yoxlamanı sənin əvəzinə biz aparırıq. Aşağıda hər yoxlamanın sənə nə verdiyi yazılıb.
Maşını verənin şəxsiyyəti təsdiqlənib
Elan verənlərin şəxsiyyət və sürücülük vəsiqələri Carent tərəfindən yoxlanılır. Qarşınızdakı sadəcə hesab açmış biri deyil, kimliyi rəsmi yoxlanılmış şəxsdir.
Şirkətlər üçün rəsmi yoxlama
Maşını rent-a-car şirkəti təqdim edirsə, onların VÖEN və dövlət qeydiyyatı sənədlərini yoxlayırıq.
Texniki və hüquqi sənəd nəzarəti
Texniki pasport, etibarnamə və icbari sığorta sənədi yoxlanmadan heç bir maşın elana çıxmır.
Sənəd təhlükəsizliyi
Sizin yüklədiyiniz sənədlər qapalı anbarda saxlanılır və yalnız avtomobili təhvil alarkən 5 dəqiqəlik etibarlı keçidlə maşın sahibi tərəfindən yoxlanılır.
Elan doğruluğu
Maşın sahibi elan etdiyi avtomobilin hüquqi sahibi və ya etibarnaməli şəxs olmalıdır. Eyni maşın iki fərqli elanda görünə bilməz, bu isə saxta elanların qarşısını alır.
Sənədləşdirilmiş şərtlər
Bron sonrası bütün danışıqların tətbiq daxilindəki chat-da aparılmasını tövsiyə edirik — mübahisə yarandıqda bu yazışmalar rəsmi dəlil kimi qəbul olunur.
Foto-akt sistemi
Maşını götürərkən və qaytararkən tətbiq vasitəsilə çəkilən fotolar avtomobilin vəziyyətini qeydə alır. Bu, köhnə zədələrə görə əsassız tələblərin qarşısını alır.
Daimi dəstək xətti
Səfər zamanı hər hansı problemlə qarşılaşsanız, Carent komandası araşdırma apararaq tərəflərin hüquqlarını qoruyur.
İstifadəçi rəyləri
Hər səfərdən sonra yazılan rəylər şəffafdır. Siz kirayələməzdən əvvəl maşın sahibi haqqında digər sürücülərin təcrübəsini görə bilərsiniz.
Sığorta və qoruma
Carent-də hər elanda icbari sığorta yoxlanılır. Hansı maşında əlavə olaraq kasko olduğu isə elanın detal səhifəsində yazılır.
İcbari avtomobil sığortası
Qanunvericiliklə nəzərdə tutulmuş məcburi sığorta növüdür. Yol-nəqliyyat hadisəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və əmlakına dəyən zərərin ödənilməsini təmin edir. Carent-də hər elanda icbari sığorta yoxlanılır.
Nəyi ödəyir?
- Qarşı tərəfin avtomobilinə dəyən zərəri
- Qarşı tərəfin digər əmlakına dəyən zərəri
- İnsan sağlamlığına dəyən zərəri
Nəyi ödəmir?
- Sürdüyünüz avtomobilin öz zərərini
- Sizin öz xəsarətinizi
Vacib qeyd: Kasko sürdüyünüz avtomobili qoruyur; icbari sığorta isə sizin təqsiriniz nəticəsində başqasının avtomobilini və əmlakını.
Kasko sığortası
Kasko avtomobilin özünü qoruyan sığortadır: qəza, oğurluq, yanğın, təbii fəlakət və digər risklərdə maşına dəyən ziyanı qarşılayır. Müqavilə şərtlərindən asılı olaraq vandalizm, əşya düşməsi və sərnişinlərin fərdi qəza sığortası kimi əlavə təminatlar da ola bilər.
Nə üstünlük verir?
- Qəza zamanı maşına dəyən ziyan sığorta tərəfindən qarşılanır
- Oğurluq, yanğın və təbii fəlakət halları da daxildir
- Təqsir sizdə olsa belə maşının zərəri təminat altındadır
- Gözlənilməz təmir xərci riski xeyli azalır
Vacib qeyd: İcbari sığorta başqasına vurduğunuz zərəri ödəyir; kasko isə avtomobilin özünü qoruyur. Elanda kasko yoxdursa, maşına dəyən zərər üçün maşın sahibi ilə razılaşdırılmış qaydalar tətbiq olunur.
Qeyd: sığortanın şərtləri avtomobilin sığortalandığı şirkətə görə dəyişə bilər — dəqiq detalları maşın sahibindən öyrənə bilərsiniz.