Kirayə pulunun hamısı sənin

Carent kirayədən faiz almır. Aylıq paket alırsan, maşınını elana qoyursan və hər kirayənin tam məbləği cüzdanına köçürülür. Nə qədər çox kirayə etsən də paket qiyməti dəyişmir.

Nə qədər qazanacağını hesabla

Carent kirayədən faiz tutmur. Yalnız bank komissiyası və aylıq paket haqqı çıxılır.

Paket
Aylıq kirayə gəliri
900 AZN
Paket haqqı
−8.99 AZN
Bank komissiyası (3%)
−27 AZN
Carent komissiyası
0 AZN

Sənə qalan

864.01 AZN

20% komissiya tutan platformada bu gəlirdən 180 AZN kəsilərdi. Carent-də kəsilmir.

Hesablama təxminidir. Real gəlir doluluğa, mövsümə və elanın sıralamadakı yerinə görə dəyişir.

Maşınını elana qoy, komissiyasız qazan

Sənəd təsdiqi, elan yerləşdirmə, bron idarəsi və qazancın çıxarılması — ofisə getmədən, bir tətbiqdən.

1. Şəxsiyyət və ya VÖEN təsdiqi

Şəxsiyyət vəsiqənizi, rent a car şirkətisinizsə VÖEN sənədinizi yükləyin və profilinizi təsdiq edin.

2. Maşınını elana qoy

Maşınının fotolarını, gündəlik qiymətini və xüsusiyyətlərini qeyd et, bir neçə dəqiqəyə yayımla.

3. 0% komissiya ilə qazan

Kirayə pulunun hamısı sənin cüzdanına köçürülür — Carent qazancından faiz kəsmir.

Tətbiqi yüklə və maşınını bu gün elana qoy:

Qeydiyyatdan ilk qazanca qədər — bir neçə dəqiqədə.

Paketlər

Maşınını elana qoymaq üçün aylıq paket lazımdır. Paket qiyməti sabitdir — nə qədər çox kirayə etsən də dəyişmir.

Şirkəti olmayan, öz maşınını kirayə vermək istəyən şəxslər üçün.

Fərdi

1 avtomobil

1 avtomobil üçün əsas paket

8.99AZN / aylıq

🎁 1 ay pulsuz
  • Carent kirayədən komissiya tutmur
  • Kirayə istəklərini idarəetmə
  • Platforma daxili qorunan əlaqə

Tətbiqdən abunə olunur

Fərdi Plus

2 avtomobil

2 avtomobil üçün paket

Tövsiyə olunur

14.99AZN / aylıq

🎁 1 ay pulsuz
  • Carent kirayədən komissiya tutmur
  • Kirayə istəklərini idarəetmə
  • Platforma daxili qorunan əlaqə

Tətbiqdən abunə olunur

Premium elan

Kirayəçilər adətən ilk gördükləri maşınlar arasından seçir. Premium elanını axtarışın ən yuxarısına çıxarır — daha çox baxış, daha çox bron istəyi.

  • Elanın seçilən müddət boyu axtarışda ən yuxarıda göstərilir.
  • Yeni elanın hələ rəyi yoxdursa, görünmək üçün ən sürətli yoldur.
  • Şəhərində eyni sinifdən çox maşın varsa, səni onların önünə çıxarır.
  • Boş qalan tarixləri doldurmaq üçün qısa müddətli kampaniya kimi işlədə bilərsən.

5 gün

3.90 AZN

günlük 0.78 AZN

15 gün

7.90 AZN

günlük 0.53 AZN

30 gün

14.90 AZN

günlük 0.50 AZN

Premium hər elan üçün ayrıca alınır və abunəlikdən asılı deyil — istədiyin maşını, istədiyin vaxt tək-tək önə çıxara bilərsən. Müddət bitəndə elan adi sıraya qayıdır.

Ödəniş və yenilənmə

  • Ödəniş dövrü aylıqdır və abunəlik hər dövr avtomatik yenilənir.
  • Paketi yüksəldəndə dəyişiklik dərhal tətbiq olunur — yalnız qalan günlərin fərqi ödənilir.
  • Daha ucuz pakete keçəndə dəyişiklik cari dövrün sonunda başlayır, indi əlavə ödəniş olmur.
  • Kupon kodu ilə pulsuz dövr qazana bilərsiniz; hər kupon bir istifadəçi üçün yalnız bir dəfə işləyir.
  • Abunəlik bitəndə elanlar silinmir — sadəcə axtarışdan gizlədilir və yenidən abunə olduqda qayıdır.

Rent a carlar və maşın sahibləri üçün

Xeyr, Carent kirayədən heç bir komissiya tutmur. Ödənişlər təhlükəsiz onlayn aparıldığı üçün kirayə məbləğindən yalnız Stripe sisteminin 6% prosessinq komissiyası çıxılır; başqa heç bir kəsinti olmur, qalan məbləğ tam olaraq cüzdanınıza köçürülür. Carent həmişə sizin yanınızdadır.