Azərbaycanda avtomobil icarəsini hamı üçün şəffaf və etibarlı edirik

Carent ənənəvi rent a car deyil — həm fərdi sahiblərin, həm də rent a car şirkətlərinin maşınlarını güvənlə icarəyə verib kirayələyə bildiyi vahid rəqəmsal platformadır.

Məqsədimiz

Bu platformanı niyə qurduq?

Bütün Azərbaycanda və regionlarda maşın kirayələmək uzun illər həm sürücü, həm də maşın sahibi üçün əsəb və risk mənbəyi olub.

Sosial şəbəkələrdən və ya elan saytlarından tanımadığın birindən maşın götürəndə nə maşının texniki vəziyyətindən əmin olmaq olurdu, nə də yolda problem yarananda müraciət edəcək bir ünvan tapılırdı.

Rent a car şirkətlərindən kirayələyəndə isə nağd alınan depozitlərin aylarla qaytarılmaması, son anda deyilən əlavə ödənişlər və maşını təhvil verərkən köhnə cızıqlara görə yaranan mübahisələr insanları bezdirmişdi.

Carent olaraq bu xaosu dayandırmaq üçün yola çıxdıq. Həm sürücülərin rahat və təhlükəsiz maşın tapa biləcəyi, həm də maşın sahiblərinin və şirkətlərin əmlakını etibarlı insanlara verə biləcəyi vahid rəqəmsal standart yaratdıq.

Rəsmi Carent Zəmanəti
100%
Sürücü və maşın sənədlərinin rəsmi yoxlanışı
0 ₼
Gizli komissiya və ya sürpriz ödəniş
24/7
Səfər boyu operativ müştəri dəstəyi
Necə işləyir?

Platformada qoyduğumuz 4 dəqiq qayda

Nə sürücünün haqqı tapdanır, nə də maşın sahibinin maşınına zərər dəyir.

01

Depozit və ödəniş tam nəzarətdədir

Qapı arxasında nağd depozit və ya gizli komissiya yoxdur. Bütün şərtlər əvvəlcədən tətbiqdə açıq göstərilir və depozit qaydalara uyğun qaytarılır.

02

Təhvil zamanı rəqəmsal foto-akt

Maşını götürəndə və qaytaranda hər tərəfinin şəkli tətbiqlə çəkilir. «Bu cızıq səndən qaldı» kimi əsassız iddialara yer qalmır.

03

Sənədlər əvvəlcədən yoxlanılır

Sürücünün şəxsiyyəti və sürücülük vəsiqəsi, maşının texniki pasportu və icbari sığortası, şirkətlərin isə VÖEN-i təsdiqlənmədən elan aktiv olmur.

04

Carent hüquqi zəmanətçidir

Hər hansı anlaşılmazlıq və ya çətinlik yaranarsa, tərəflər tək qalmır — rəsmi komandamız dərhal qanun çərçivəsində dəstək göstərir.

Müqayisə

Köhnə kirayə vərdişləri vs Carent standartı

Bazardakı ənənəvi problemləri kökündən həll edirik.

Əvvəlki kirayələrdə nə yaşanırdı?

Tanımadığın, keçmişi bilinməyən şəxslərdən riskli və zəmanətsiz kirayə.

100% verifikasiya — sürücülər, maşın sahibləri və şirkətlər rəsmi sənədlərlə yoxlanılır.

Geri qaytarılmayan nağd depozitlər, əsassız bəhanələr və gizli xərclər.

Şəffaf ödəniş — depozit və ləğv şərtləri bron etməzdən əvvəl aydın görünür.

Maşını qaytaranda əvvəldən olan cızıqlara görə pul tələb olunması.

Tətbiqdaxili foto-akt — başlanğıcda və sonda çəkilən şəkillər rəsmi sübut kimi saxlanılır.

Ofislərə getmək, saatlarla növbə gözləmək və uzun kağız müqavilələri.

3 dəqiqəyə rəqəmsal bron — axtarış, seçim və təsdiq birbaşa telefonunuzda.

Problem və ya qəza zamanı heç bir rəsmi dəstəyin olmaması.

Carent zəmanəti və 7/24 operativ müştəri xidməti.

İki tərəf üçün

Hər kəs üçün etibarlı və rahat

Sürücülər üçün

Şəhər daxili və ya rayonlara səfərlər üçün təmiz, sığortalı və real fotoları olan maşınları gizli şərtlər olmadan asanlıqla icarəyə götürürsünüz.

✓ Sürpriz xərc yoxdur

Maşın sahibləri və Rent a Car-lar üçün

Avtomobilinizi kimə verdiyinizi dəqiq bilirsiniz. Sürücünün vəsiqəsi yoxlanılır, səfər boyu əmlakınız rəsmi qaydada qorunur.

✓ Yoxlanılmış sürücülərƏtraflı
Hüquqi məlumat

Carent haqqında

Biz istifadəçilərin hüquqlarını qoruyan və Azərbaycan qanunvericiliyinə tam uyğun fəaliyyət göstərən rəsmi şirkətik.

Hüquqi ad
KORACL MMC
Ünvan
Bakı, Azərbaycan
Rəsmi e-poçt
destek@carent.az
Əlaqə telefonu
+994 70 984 85 81
Dövlət Qeydiyyatı

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş şirkət

Carent platformadakı bütün ödənişlərin təhlükəsizliyinə, fərdi məlumatların qorunmasına və tərəflər arasında dürüst münasibətlərə tam zəmanət verir.

Avtomobil kirayəsində yeni təcrübə

İstər rahat səfər üçün maşın axtarın, istərsə də maşınınızı güvənlə kirayə verin — Carent yanınızdadır.